Qanunsuz ov edən Küveyt vətəndaşları cəzalandırıldı 

10:52 01.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İmişli rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov hafta.az-a bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxslərin Küveyt vətəndaşları Khaled Wkhsa Alzaid və Ahmad Fmf Aloudah olduğu müəyyən edilib.

 

“Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”, - o deyib.